22 Yanvar 2021 17:08
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli mütəxəssislər COVID-19 infeksiyasının beyinə gedən sinirlərdə zədə qalacağını iddia edir.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, koronavirus gözdən beyinə gedən sinirlərdə qalıcı zədələr yaradır.

Qeyd edilir ki, bu hal dizziness xəstəliyinə səbəb olur.

Tədqiqat koronavirus infeksiyasından sağalan 11-32 yaş arasında olan 37 nəfər arasında aparılıb.

Xəstəliyi yüngül simptomlarla keçirib, PZR test cavanı neqativ çıxan şəxslər 114 gün nəzarətdə saxlanılıb. Tədqiqatlarda iştirak edənlərin əksəriyyətində dizziness xəstəliyi qeydə alınıb.

Gözdən beyinə gedən sinirlərdə qalıcı zədələr aşkarlanıb. Bu hal isə xəstədə baş gicəllənməsi, halsızlıq kimi əlamətlərlə özünü göstərir.

Mütəxəssislər bildirirlər ki, gənc xəstələr bu halı elə də tez hiss etmirlər. Belə ki, orqanizm müdaxilə etməyə çalışsa da, problem olduğu kimi qalır. Xəstəliyin hələ ki, dərmanı və müalicə metodu yoxdur.

Xəstəlik aşkarlandıqdan sonra yalnız reabilitasiya tədbirləri aparıla bilər ki, bu da xəstənin müvəqqəti olaraq özünü yaxşı hiss etməsi üçündür.

Mütəxəssislər bildirirlər ki, koronavirus qalıcı, nevroloji problemlərə səbəb olur.

Qeyd olunur ki, virusdan sağalan şəxslər həyatlarının qalan hissəsini baş gicəllənməsi, halsızlıq kimi problemlərlə keçirəcəklər.

Eyni zamanda, aparılan araşdırmalar nəticəsində məlum olub ki, COVID-19 üz iflicinə səbəb olan "Herpes Simplex 1" virusu ilə eyni mexanizmə sahibdir. Lakin COVID daha ciddi və qalıcı zədələr yarada bilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər