25 Yanvar 2021 12:04
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk olaraq tibb işçiləri, həkimlər, texniki personal, asayiş keşikçiləri, polislər və 65 yaşdan yuxarı şəxslər peyvənd olunmalıdır. Növbəti mərhələdə isə xəstəliyə yoluxmayanlar vaksinasiyaya cəlb ediləcəklər.

Teleqraf.com xəbər verir ki, bunu professor Adil Qeybulla vaksinasiya haqqında danışarkən deyib.

Onun sözlərinə görə, 18 yaşdan aşağı uşaqların peyvənd olunması hələlik məqsədəuyğun sayılmır:

"Eyni zamanda hamilə qadınlar, süd verən analar peyvənd olunmamalıdırlar. Peyvəndə qarşı qəti bir əks-göstəriş yoxdur. Bu, virusun demək olar ki, ölü formasının bədənə yeridilməsidir. Tam təhlükəsizdir. Ona qarşı bədən əks-cisimlər hazırlayır və immunitet formalaşır. Vaksinasiyanın mahiyyəti məhz budur. Orada sirr axtarmağa ehtiyac yoxdur".

Professor qeyd edib ki, Çin vaksini COVID-19 vaksinləri arasında ən etibarlısıdır: "Çünki bu vaksin ənənəvi üsullarla hazırlanır. Sovet dövründə də belə idi.

Hazırda qərbdə molekulyar biologiyanın müasir üsulları ilə yeni vaksinlər ərsəyə gətirilir. Onların bəzilərində problemlər qalır. O baxımdan, Çin vaksinindən qorxmaq yox, peyvənd olunmaq lazımdır. Gəzən şayiələrin böyük əksəriyyəti məqsədlidir, antivaksin kampaniyasıdır. Radikal dini qurumlar, fanatiklər, təlqinə meyilli, ruhən zəif adamlar belə fikirlər irəli sürürlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər