27 Yanvar 2021 09:56
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Bayreuz xəstəxanası koronovirusun mutasiya keçirən növü B117 səbəbilə karantinə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, xəstəxanaya yerləşdirilən 11 nəfərdə B117 virusu aşkarlanıb. Bu səbəblə xəstəxana xəstə qəbulunu dayandırıb.

Xəstəxananın 3 mindən artıq işçi heyətinin 99 faizində COVID-19 analizi müsbət çıxıb.

Xəstəxana heyəti şəxsi avtomobilləri ilə evlərinə göndərilib. Müalicə müddəti başa çatan xəstələr isə yalnız 2 dəfə analiz cavabı neqativ çıxdığı halda evə buraxıla bilərlər.

Qeyd edək ki, daha əvvəl Berlindəki Vivantes Humboldt xəstəxanası B117 virusu səbəbilə karantinə alınmışdı.


Müəllif: Aysel Azad