29 Yanvar 2021 15:42
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyanada və Aşağı Avstriya əyalətində çirkab sulardan götürülmüş nümunələrdə COVID-19 infeksiyası aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Vyana Texniki Universitetinin professoru Norbert Kreuzinger çirkab sularda tədqiqat aparıb.

Araşdırmalara görə, çirkab sularda İngilitərədə mutasiya keçirmiş COVID-19 tapılıb.

Avstraliya Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Franz Allerberger bildirib ki, sularda mutasiya keçirmiş virus aşkarlandığına görə regionda daha böyük tədqiqatlar aparılacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər