6 Fevral 2021 21:30
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncamla kimlərin pensiyaları artırılacaq və artımı necə hesablamaq olar?

Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur: “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. İndeksləşdirmə əmək pensiyalarına olunan əlavələrə şamil edilmir”.

Artım məbləğinə gəlincə, deputat qeyd edib ki, əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir:

“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4% olub. Buna görə də, əmək pensiyalarının məbləği həmin faizə indeksləşdirilir.

Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya islahatları nəticəsində əmək pensiyaları üçün baza hissə ləğv olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir”.

Vüqar Bayramovun sözlərinə görə, əmək pensiyası alan vətəndaşların pensiyası tam məbləğ olaraq indeksasiya faizinə uyğun olaraq artırılır: “Məsələn, vətəndaşımızın pensiyası 300 manatdırsa, o zaman həmin pensiyaçının pensiya məbləğinin üzərinə 34 manat 20 qəpik, 400 manat pensiya məbləğində isə 45 manat 60 qəpik artım olacaq.

Pensiya məbləği yüksəldikcə artan məbləğ də çoxalır. Hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə 11.4 faiz artım gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər