Yaponiya şprislərdə yaranan problemə görə Pfizer/BioNTech vaksininin milyonlarla dozasını zibilliyə atacaq.
Teleqraf.com xəbər verir ki, Yaponiya səhiyyə naziri ölkədəki şprislərin ampluanın dibində qalan altıncı dozanı çəkmədiyini deyib. Bu səbəblə də ölkə milyonlarla vaksini atmalı olacaq.
144 milyon doz vaksin alan Yaponiyada yaranmış problemə görə vaksinasiyanın əhatə dairəsi 60 milyona enib.
Problem səbəbilə ABŞ və bəzi Avropa ölkələri şprislərin təkrar istifadəyə verilməsinə başlayıblar.