Koronavirusla mübarizə apardığımız zamanda əl gigiyenasına diqqət etmək vacib şərtlərdən biridir. Lakin əlləri dezinfeksiya edən məhlul standartlara cavab vermədiyi halda ciddi problemlərə səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, zay dezinfeksiyaedici məhlullar hətta korluğa da gətirib çıxara bilər.
Mütəxəssislərin araşdırmasına görə, tərkibində hipoklorit turşusu, benzalkonium xlorid, hidrogen peroksid kimi kimyəvi maddələr olan dezinfeksiya məhlullarından istifadə etmək olmaz.
Tərkibində bu maddələr olan dezinfeksiyaedici məhlullar səthlərin təmizliyi üçün nəzərdə tutulub. Əl və üzə vurularsa, gözə zərər yetirə, həkim müdaxilə etməzsə, korluq da yarada bilər.
Bu tip dezinfeksiyaedici məhlulları qoxusundan və ələ verdiyi yanma hissindən ayırd edə bilərsiniz. Bu məhlullar səthdə istifadə zamanı buxarı ilə də təmizləmə xüsusiyyətinə malikdirlər.
Tərkibindəki hipoklorit turşusu allergiya və nəfəs almada çətinliklərə səbəb ola bilər. Belə məhsullar market və apteklərdən alınmalıdır.