13 Fevral 2021 13:33
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda özümü çox yaxşı hiss edirəm. Vaksinin heç bir yan təsirini hiss etmədim. Əlavə təsirləri olmadı. Vaksindən əvvəl necə idimsə, hazırda da eləyəm.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev peyvənd olunması haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Çinin Sinovac şirkətinin istehsal etdiyi Coronovac vaksini ölü virus sayıldığı üçün, heç bir əks təsiri ola bilməz: “Ölü virus orqanizmdə immunitet yaradır. Digər COVID-19 peyvəndlərinin saxlanma şərtləri çətindir. Peyvəndin saxlanılmasında "soyuq zənci" adlanan anlayış var. Peyvənd istehsalçıdan peyvənd olunan insana çatana qədər bu temperatur qorunmalıdır. Nəqliyyatda, daşınmada, saxlanmada temperatur nəzarətdə olmalıdır. Ölkəmizdə -70 dərəcə soyutma şəraiti yoxdur. Ona görə də digər peyvəndlərin istifadəsi ölkəmizdə tövsiyə olunmadı. Sputnik və Oxfort peyvəndləri -4 dərəcə altı ay saxlanıla bilsə də, onlarda koronavirusun geni süni şəkildə kodlaşdırılaraq peyvəndə yeridilir. Amma o ölü peyvənd deyil, nisbətən zəiflədilib. Bu peyvəndlərin istifadəsi zamanı əks təsirlərin əmələ gəlməsi daha yüksəkdir. Doğrudur, yaratdığı immunitet uzunmüddətli ola bilər, amma yan təsir ehtimalı da çoxdur. Sinovac vaksinində isə ölü virus olduğu üçün, heç bir xəstəlik yarada bilməz. Yalnız 500 000 insanda birində nəsə allergik reaksiya verə bilər. Bu da peyvəndin tərkibindəki komponentlərə görə dəyişir”.

Adil Əliyev bildirib ki, peyvəndləmə qaydalarına görə, peyvənd hazırlanarkən hansı qrup şəxslər üzərində sınaqdan keçirilibsə, həmin insanlara istifadə edilməlidir: “Əgər peyvənd uşaqlar üzərində sınaqdan keçirilməyibsə, istifadəsəinə icazə verilmir. Doğrudur, 65+ şəxslərin vaksinasiyasında elə bir ciddi nəticələr yoxdur. Amma bu şəxslərdə immunitet sistemi zəif olur. Ona görə də Sinovac vaksininin yaratdığı immunitet zəif ola bilər, əlavə qorxusu yoxdur. Xüsusi xəstələr var ki, məsələn, orqan köçürülən şəxslər, yaxud da ankoloji xəstələrin immunitet sistemi çox zəiflədiyinə görə bu şəxslərdə istifadəsi məsləhət görülmür. Paralel olaraq da hamilə qadınlara vaksin vurdurmaq olmaz. Qalan şəxslərdə, məsələn, xroniki xəstəliyi olanlar daha tez peyvənd etdirməlidir. Əgər aktiv virusa yoluxarsa, daha ağır keçirə bilir. Onların qorunması üçün bu vacibdir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər