Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya miqyasında tədqiqatlar apardığı 6 regionda COVID-19-a yoluxma sayının aşağı endiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ÜST-ün hesabatında ötən 4 həftə ərzində yoluxmanın 17 faiz azaldığı qeyd olunub.
Belə ki, İngiltərədə 25 faiz, ABŞ-da 20 faiz, Braziliyada isə yoluxma sayı 10 faiz azalıb.
ÜST-ün epidemioloqu Jan Mari Milleliri bildirib ki, bu nəticənin əldə olunmasında karantin tədbirlərinin rolu böyükdür: “Lakin bu nəticə bizi arxayınlaşdırmamalıdır. Bəzi ölkələrdəki nəticələr dəqiq olmadığı üçün, dünya üzrə açıqlama verə bilmirik. Nəzərə alaq ki, virus mutasiya keçirir. Vaksinlər o qədər də effektli olmaya bilər”.