18 Fevral 2021 16:15
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun yalnız iqtisadi tərəflərindən danışmaq doğru deyil. Ekspertlər bu barədə söz açanda ancaq sərnişin dövriyyəsini və sərnişinlərin axınını nəzərdə tuturlar. Bu, bir az kompleks yanaşma tələb edən məsələdir. Çünki nəqliyyat sisteminin, o cümlədən metronun vaxtı-vaxtında çalışması karantin tədbirlərinin yumşaldılmasından sonra insanların iş yerlərinə gedib-gəlməsinə birbaşa təsir göstərir.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, hazırda metronun fəaliyyətini dayandırması gecikmələrə, insanların stress vəziyyətində avtobus gözləməsinə səbəb olur:

“İnsanların böyük çətinliklərlə işə gəlib-getməsi onların iş əmsalının düşməsinə səbəb olur. Bunu Azərbaycanda çox nadir hallarda nəzərə alırlar. İnsanlar nə qədər çox stress keçirirlərsə, vaxtında işə gəlib çatmaqda, işdən çıxıb evə yetişməklə bağlı problem yaşayırlarsa, onların faydalı iş əmsalı enir. Bunun iqtisadiyyata dolayı təsirləri var”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər