26 Fevral 2021 09:42
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

2021.02.25 10:55

COVID-19 virusunun yeni mutasiyası pandemiyada üçüncü dalğanı gətirə bilər. Yoluxma sayı ölkələr üzrə getdikcə artmaqdadır.

Teleqraf.com xəbər verir ki, türkiyəli professor Mustafa Hasöksüz bu fikirdədir.

Onun sözlərinə görə, rəqəmlərin artması üçüncü dalğa riskindən xəbər verir: “Türkiyənin bəzi bölgələrində üçüncü dalğa başlayıb. Avropanın da bir sıra regionlarında bunun şahidi oluruq. Noyabr ayında yoluxma ilə bağlı 30 min rəqəmini görürdüksə, yanvarda bu say 5 minə qədər endi. İndi rəqəmlər yenidən artır. Yoluxmanın artması gündəlik test sayına da təsir göstərir”.

Professor hesab edir ki, ölkələr üçüncü dalğadan əvvəl sərt karantin tədbirləri görməlidirlər: “Əgər əvvəllər ailədə 1-2 nəfər xəstələnirdisə, artıq hər kəs virusa yoluxacaq. Mutasiya keçirmiş virus daha yoluxucudur. Əgər 7-9 gün müddətində sərt karantin tədbirləri tətbiq olunsa, nəticəsini görəcəyik”.


Müəllif: Aysel Azad