18 Mart 2021 13:24
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus infeksiyasına qarşı istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni ştammlara qarşı da effektivdir.

Bu barədə "Report"a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib

Xatırladaq ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Qeyd edək ki, ölkədə yanvar ayının 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Bu günə qədər ölkədə 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər