18 Mart 2021 16:25
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya bir ildən artıqdır davam edir. Bu dövrdə həm Azərbaycan müəllimi, həm də şagirdi üçün distant təhsil bir çox problemlərlə yanaşı sıçrayışlı inkişafa da yol açdı.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, distant təhsilin tam nəticələri haqqında danışmaq hələ tezdir: "Prosesin təhsilə müsbət təsir etdiyini iddia etmək doğru olmaz. Çalışmalıyıq ki, bu prosesə qısamüddətli baxmayaq. Biz hər keçən ay inanırıq ki, vəziyyət normallaşacaq. Lakin dünya çətin vəziyyətlə üz-üzədir.

Düşünürəm ki, hazırda Azərbaycanda vəziyyət təqdirəlayiq səviyyədədir. Əksər sahələrdə fəaliyyət davam edir. Bu da ölkə rəhbərliyinin vaxtında atdığı addımların nəticəsidir".

Nazir bildirib ki, bayram tətili müddətindəki epidemik vəziyyət tədrisin təşkilinə təsir edəcək: "Nəzərə alaq ki, bayram günləri iş yerləri bağlı olur, təmaslar aşağı düşür. Sayın aşağı düşməsi məktəblərin davamlı olaraq fəaliyyətini saxlamağa imkan verir".

Emin Əmrullayev qeyd edib ki, 1 fevraldan 17 marta qədər 164 ibtidai sinif şagirdi virusa yoluxub:

"5-9-cu siniflərdə 282, məktəbəqədər hazırlıq sinifində 23 şagird, məktəbin işçi heyəti arasında isə 714 nəfər virusa yoluxub. Ümumillikdə 626 sinif distant təhsilə keçirilib.

Hazırda 393 sinif distant təhsili davam etdirir. 48 məktəb distant təhsilə keçirilib və 41 məktəbdə distant təhsil davam etməkdədir. Biz məktəblərin heç olmasa hibrid formada fəaliyyət göstərməsini istəyirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər