24 Mart 2021 11:39
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa qarşı təsdiqlənmiş ilk peyvənd istehsalçısı “Pfizer” COVID-19 xəstələrinə tətbiq edilə bilən yeni bir dərman istehsalına başladığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, şirkətin açıqlamasında ilk laboratoriya işlərində potensial ümidverici nəticələrin əldə edildiyi bildirilir.

Virusun hüceyrələrdə çoxalmasının qarşısını alacağı gözlənilən dərmanın HİV və Hepatit C kimi digər viral xəstəliklərin müalicəsində də təsirli olduğu deyilir. Şirkət həmçinin erkən mərhələdə koronavirus xəstələrinin müalicəsində istifadə edilə bilən bir başqa dərman üzərində araşdırma apardığını da elan edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər