24 Aprel 2021 15:34
2 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəlik yeni yoluxma hallarının sayı azalmaqda davam edir. Hesab edirəm ki, say getdikcə aşağı enəcək.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev deyib.

O hesab edir ki, yoluxma statistikası aşağı endikdə müəyyən yumşalma tədbirləri tətbiq oluna bilər:

"Yoluxma sayı biraz da azalıb, 1000-1500 civarına düşərsə və kütləvi immunitetin formalaşması üçün peyvəndləmənin intensivliyi artırılarsa, açıq havada icra edilməsi mümkün olan idman növlərinin, eləcə də havalandırılması yaxşı olan qapalı idman zallarının və üzgüçülük hovuzlarının fəaliyyətinə icazə verilməsi yaxşı olardı. Əksər uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olmasına ciddi ehtiyac var. Bir çoxlarında artıq çəki, fiziki passivlik və psixoloji gərginliklər yaranıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər