13 Avqust 2021 17:57
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən apteklər iki hissəyə bölünür. Bunlara nəzarət iki fərqli qurum tərəfindən həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev məlumat verib.

Onun sözlərinə görə, apteklərin bir qisminə nəzarət TƏBİB-in, digər hissəsinə isə Səhiyyə Nazirliyinin səlahiyyətindədir:

"Dövlət xəstəxanalarında yerləşən xəstəxanadaxili və imtiyazlı apteklərin fəaliyyətinə xəstəxanalar TƏBİB-in nəzdində olduğu üçün TƏBİB və TƏBİB-in müvafiq qurumu olan Dərman və Tibb Vasitələri Departamentinin Əczaçılıq şöbəsi nəzarət edir. Amma pərakəndə satış aptekləri, özəl və ya hansısa şirkət apteklərinə nəzarət isə Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq qurumu olan Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin səlahiyyətindədir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər