15 Avqust 2021 19:27
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son gün ərzində Azərbaycanda koronavirusa yeni 2 993 yoluxma qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edilir ki, daha 15 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 368 002 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 338 925 nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir.

Ölkədə son sutka ərzində 15 376, hazırkı dövrədək isə 4 210 440 test aparılıb.


Müəllif: Teleqraf.com