22 Sentyabr 2021 19:23
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda edilən dəyişikliklərlə bağlı Qərara verdiyi izahda bildirilir.

Qeyd edilir ki, Qərara əsasən;

* Distant təhsil tələbi ləğv edilir və əyani təhsilə keçid müəyən edilir;

*Təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilir;

*Təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilir;

*Dərslərin növbəli qaydada həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilir;

*Dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi ləğv edilir;

*Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb müəyyən edilir (digər qərarlarda müəyyən olunub).

*Bu tələbin təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmədiyi qeyd edilir;

*Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir. (digər qərarlarda müəyyən olunub);

*65 yaşdan yuxarı olan təhsilverənlərin və texniki heyətin işə cəlb edilməsinə qoyulan qadağa aradan qaldırılır;

*Dərslərarası fasilələr üçün müəyyən edilmiş 10 dəqiqəlik müddət ləğv edilir;

*Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilir;

*Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilir;

*Təhsil müəssisələrində yeməkxanaların (bufetlərin), idman və akt zallarının, kitabxana və hovuzun fəaliyyətinə qoyulan qadağa ləğv edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər