17 Aprel 2023 13:40
1 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Talassemiyadan əziyyət çəkən 15 yaşlı Yasin Abbasovun xeyirxah insanların dəstəyinə ehtiyacı var.

Çarəsi təcili ilik köçürülməsidir. Yasinə bu ağır xəstəliklə mübarizə aparmaqda mərhəmətli şəxslərin dəstəyi lazımdır. Tək övladdı.

Valideynləri bildiriblər ki, əməliyyat üçün az vaxt qalıb:

"Təcili əməliyyat olunmalıdır. İlik köçürülməlidir. Maksimum 16 yaşına kimi əməliyyat olmalıdır. Mərhəmətli, xeyirxah insanlardan xahiş edirik ki, Yasin balamıza dəstək olsunlar. Gücünüz çatan dəstəyi əsirgəməyin. Tək övladımızın yaşaması üçün ona nəfəs olaq".


Müəllif: Teleqraf.com