7 Dekabr 2021 11:22
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qrip hər il oktyabr ayından başlayaraq dekabr ayına qədər artır və aprel-may ayları da daxil olanda geniş yayılır. Ona görə də qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev deyib.

O bildirib ki, risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər: "Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70 %-dən çox qoruyur və riskli insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısı alına bilər. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir".


Müəllif: Teleqraf.com