"İnsan kapitalı davamlı inkişafın hərəkətverici qüvvəsi olaraq dayanıqlı iqtisadi artımda, əmək məhsuldarlığınının artırılmasında və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayıb. Bunun üçün təhsilin bütün pillərində keyfiyyətin yüksəkldilməsi, ixtisaslı kadrların əmək bazarının tələblərinə uyğunlaşdırılması, mövcud insan kapitalından istifadə əhəmiyyətlidir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Karyera İnkişafı Forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
O qeyd edib ki, indidən müasir trendləri nəzərə almalıyıq: "Mövcud işçi heyətinin rəqəmsal bilik və bacarıqlarını artırmalıyıq, savadlı kadrlar yetişdirməlliyik. İstehsalat, sənaye və elm müəssisələri arasında əlaqələr genişləndirilməldir. Ali təhsilin ümumi idarəçilikdə daha çox əlavə dəyərin yaradılmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində rolu böyükdür.
Hazırda ali təhsildə texniki, texnoloji, təbiət və kənd təsərrüfatı isxtisaslarına maraq böyükdür. Bu, səbəbsiz deyil. Dördünüc sənaye inqilabının çağırışları nəzərə alınaraq son iki ildə əsas foks texniki və texnoloji təbiət ixtisaslarının artırılmasına verilib".
Elnur Əliyevin sözlərinə görə, qlobal əmək bazarı ciddi transformasiyalara məruz qalıb: "Həyata keçiriləcək 2022-2026-cı illər sosial iqtisadi inkişaf strategiyası nəticəsində növbəti ortamüddətli dövrdə ÜDM-in orta illik real artım tempi 3,9 faiz, qeyri-neft ÜDM-nin artım tempi 5 faiz proqnozlaşdırılır.
2026-cı ilədək qeyri-neft ixracının həcminin 1,8 dəfə artırılması ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də KOB-ların, kiçik orta biznesin payının 35 faizə, qeyri-neft-qaz sektoru üzrə məşğulluqda KOB-ların payın 60 faizə çatdırılması nəzərdə tutulub.
İqtisadiyyatın müxtəlif sahələrində baş verən rəqəmsal dəyişmələr digər sahələrdə geriləmələr yaradaraq yeni bacarıqları olmayan bazar iştirakçılarının işsiz qalması ilə nəticələnir. İşçi qüvvəsinin keyfiyyət və rəqabət qabiliyyətinin aşağı olması, kadr hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılmaması, milli əmək bazarında yeni bacarıqların lazımi səviyyədə olmaması məşğuluq sahəsində çətinliklərin yaranmasına səbəb olur".