"Avqust ayında elan olunan "Məşğulluq marafonu" çərçivəsində ölkə başçısının çağırışından sonra sahibkarlar bu proqrama qoşuldular. 600-ə yaxın işəgötürən 3760-dən çox vakansiya elan edib".
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişafı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, 1300-dək şəhid ailə üzvü və qazilər marafon çərçivəsində işlə təmin edilib: "Paralel olaraq Vətən Müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək muşgulluq marafonu ilə yox, həm də özünəməşğulluq proqramları ilə əhatə olunublar.
6000-dən çox ailə özünəməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə 8000-dən çox şəhid ailəsi, müharibə əlili məşğul proqramları ilə təmin olunub və bu proses davam edəcək".