21 Yanvar 2022 18:16
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli smart sayğaca yüklənən vəsaitin sıfırlanması ilə bağlı sosial şəbəkədə irad bildirib.

Teleqraf.com-un məlumatına görə, o, axşam saatlarında smart sayğaca 100 manat yükləsə də, balansın dərhal sıfırlandığını bildirib.

"Səhər 50 manat yenə yüklədim, hesabda cəmi 8 manat qaldı".

Teleqraf.com-un əməkdaşı məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi Eldəniz Vəliyev ilə əlaqə saxlayıb.

Qurum rəsmisi məsələnin nəzarətə götürüldüyünü və yaxın saatlarda həll olunacağını bildirib: "Əməkdaşlarımız tez bir zamanda hərəkətə keçərək məsələni aydınlaşdırıblar. Yerində sayğaca baxış keçirilib və məlum olub ki, sayğac mənfiyə yazıb, Nazilə Səfərlinin isə bundan xəbəri olmayıb. Abonentlər bu kimi problem baş verəndə həmin ərazi üzrə "Azəriqaz"a müraciət etməlidirlər. Bizim əməkdaşlar smart sayğacı yoxlayıblar və özünə də izahat verilib. Onunla vaxt müəyyənləşdirilib və sayğac dəyişdiriləcək, əməkdaşlarımız ünvana gedib və sayğacı yeniləcəyəcəklər. Şairə əməkdaşlarımızın izahatından məmnun qalıb və təşəkkürünü bildirib".


Müəllif: Rəqsanə Həsənova