24 Yanvar 2022 16:31
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən test nəticəsi pozitiv olan şəxslərin və onlarla sıx təmasda olanlarının karantin müddəti 14 gündən 7 günə azaldılıb. Karantin müddətinin azaldılması insanlarda bir sıra sullara səbəb oldu.

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, COVID-19 virusunun omikron variantında xəstəxanaya yatışlar az, yoluxma sayı çoxdur:

“Bu təcrübəni bizdən əvvəl keçmiş ölkələrə baxsaq, analoji vəziyyətin qarşıdakı həftələrdə bizdə də baş verməsi ehtimalı ilə karantin müddəti 14 gündən 7 günə endirildi. Yəni yoluxmaların rekord həddə çatması halında, 14 gün karantin müddəti çox sayda insanın evdə qalması və dolayı yolla geniş miqyaslı qapanma deməkdir. Yoluxanların əksəriyyətinin xəstəliyi ciddi ağırlaşma olmadan keçirdiyini nəzərə alaraq verilən qərarın doğru olduğunu düşünürəm”.

Ekspertin fikrincə, yoluxma saylarının artımının qarşısını tam almamaq özü də kütləvi immuniteti yaxşılaşdırmaqda önəmli rol oynayacaq: “COVID-ə yoluxma zamanı ağırlaşmalar adətən 8-ci gündən sonra baş verir. Lakin bu o demək deyil ki, bu qəflətən olur. Xəstəliyin ilk həftəsində həkimin baxışı və laborator testlər əsasında sonrakı gedişatı öncədən bilmək mümkündür. Əgər xəstədə gedişat yüngül xarakterli deyilsə, evdə qalma müddəti həkim tərəfindən uzadıla bilər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər