11 Aprel 2022 17:02
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 549 308, birinci doza peyvəndlərin ümumi sayı 5 330 997, ikinci doza vaksinlərin sayı 4 832 867 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 151 708, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 233 736 olub.


Müəllif: Teleqraf.com