12 Aprel 2022 13:45
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın müvafiq qurumu (("Rosselxoznadzor" - "Report") tərəfindən Azərbaycandan ora gedən pomidorlara qadağaların qoyulması ilə bağlı qərar yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan ixrac olunan pomidor və alma məhsullarının ixracı mükündür:

“Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur”.

Qeyd edək ki, Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidorun Rusiyaya buraxılmaması barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") yaymışdı.


Müəllif: Teleqraf.com