13 Aprel 2022 16:58
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus əleyhinə 8233 vaksin vurulub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 677, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 476 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 567 201, birinci doza peyvəndlərin ümumi sayı 5 332 288, ikinci doza vaksinlərin sayı 4 834 400 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 165 753, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 234 760 olub.


Müəllif: Teleqraf.com