16 Aprel 2022 09:38
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 ay ərzində Bakı şəhərində baş verən yol qəzalarının sayı açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Teleqraf.com-a bildirib ki, 2022-ci ilin yanvar-mart aylarında 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 52 nəfər ölüb, 96 nəfər yaralanıb.

“Bakıda son 3 ay ərzində avtobuslarla 2 yol qəzası baş verib, ölən olmayıb, 2 nəfər xəsarət alıb.

Yük avtomobilləri ilə 5 hadisə olub, 5 nəfər ölüb, 3 nəfər yaranalıb. Mopedlərlə 5 hadisə olub, 1 nəfər ölüb, 4 nəfər yaralanlıb. Motosikletlə 1 hadisə olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Velosipedlə 1 hadisə olub, 1 nəfər yaralanıb. Azyaşlılarla bağlı 6 hadisə olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizində sürət həddinin payı var.

Son 3 ay ərzində 89 piayada vurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Ötən illə müqayisədə piyadavurma hadisələrinin çox alıb”, - DYP rəsmisi vurğulayıb.


Müəllif: Teleqraf.com