26 Aprel 2022 13:51
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hans Henri Kluge səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə naziri Teymur Musayev Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir: “Ötən 30 il müddətində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib. Bu əməkdaşlığın başlanğıcında yeni qurulan müstəqil dövlətimizin səhiyyəsi müəyyən çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin səhiyyə sektoruna xüsusi qayğısı və uzaqgörən siyasəti nəticəsində bu çətinliklər mərhələli şəkildə aradan qaldırılıb. Bu işdə bizə yaxından kömək edən etibarlı tərəfdaşlardan biri də Ümumdünya Səhiyyə Təşkilatı olub”.


Müəllif: Teleqraf.com