26 Aprel 2022 15:48
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.

Teleqraf.com xəbər verir ki, sənədləri Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk imzalayıb.

Azərbaycanla Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokolu, iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.


Müəllif: Teleqraf.com