27 Aprel 14:37
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın xarici işlər naziri ilə telefon danışığından müəyyən nəticələr əldə olunub”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O, gürcüstanlı həmkarı ilə görüşdə münaqişəsonrası vəziyyəti və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması məsələsini müzakirə etdiyini, həmçinin onu Ermənistan ilə sülh müqaviləsinin imzalanması üzərində aparılan işlər və ermənistanlı həmkarı Ararat Mirzoyanla apardığı telefon danışığı barədə məlumatlandırdığını bildirib.

“Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığımız olub. Artıq Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün müvafiq şərait mövcuddur”, - C.Bayramov deyib.

Nazir Birgə Sərhəd Komissiyasının üzvlərinin razılaşdırıldığını, yaxın zamanda bu komissiyanın, həmçinin sülh müqaviləsinin işlənib hazırlanması üzrə işçi qrupun iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib.

Azərbaycanın XİN başçısı regionda kommunikasiyaların açılmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com