28 Aprel 2022 12:30
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

190 hektar sahəni əhatə edən Ağdam Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

Bu barədə Teleqraf.com-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq.

Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və həmin layihələr Agentlikdə təhlil edilir.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb. Burada mobil şəhərcik salınıb, rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, abadlıq işləri görülüb. Parkda 30-dan çox rezidentin qeydiyyata alınması və 100 milyon manatdan çox investisiya qoyuluşu nəzərdə tutulur.


Müəllif: Teleqraf.com