29 Aprel 2022 10:30
2 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.

Bu barədə Teleqraf.com-a BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı tarixçi və dilçi alimlər də daxil edilib.

Qeyd olunub ki, komissiya Bakı şəhərinində küçə və prospektlərin vahid məlumat bazasının yaradılması, eyni adlı və adsız küçələrin müəyyən edilməsi, onların müvafiq standartlar və digər normativ hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.

Artıq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə və prospetlərin inventarlaşdırma işləri ilə yanaşı eyni adlı və adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsinə dair tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com