29 Aprel 10:17
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.

Bu barədə Teleqraf.com-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 7 nəfər ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

"Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur. Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub",- deyə əlavə olunub.


Müəllif: Teleqraf.com