23 İyul 2022 14:33
2 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Akdeniz Universitetinin rektoru, professor Özlənən Özkan son günlər COVID-19- a yoluxanların sayının artmasına diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bunu professor Türkiyə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, xəstəxananın təcili yardım şöbəsinə müraciət edən 100 xəstədən 50-nin cavabı müsbət çıxır. Xəstəxanaya yerləşdirilənlərin sayı isə elə də çox deyil:

"100 nəfərdən 50-sinin cavabı müsbət olsa da, klinikamızda hazırda cəmi 7 xəstə var. Ən çox rastlanan şikayətlər boğaz və əzələ ağrısı, qızdırma və yüngül öskürəkdir” .

Onun sözlərinə görə, COVID-19-la mübarizədə kifayət qədər təcrübə toplanılıb:

“Artıq bu sahədə daha təcrübəliyik. Bütün planlar hazırlanıb. Reanimasiya şöbələrinin bir qismi təcili olaraq hazırlanacaq. Xəstəxanaya yerləşdirmə tələb edən ciddi xəstə yoxdur. Risk qrupları həmişə dediyimiz kimi, yaşlılar, orqan transplantasiyası, xərçəng müalicəsi və ya anadangəlmə immun çatışmazlığı olan xəstələrdir ki, onlar özlərini ətraf mühitdən daha çox qorumalıdırlar.

Almaniya payızda maskalardan istifadə etməyə başlayacaq. Güman ki, bizdə də qapalı məkanlarda maska taxılacaq. İndiki halda maska taxmaq, məsafə saxlamaq və gigiyenaya fikir vermək kifayətdir".


Müəllif: Pərvin Cəfərova