5 Avqust 2022 17:43
1 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad şəhərində qurulan “Səyyar qəbul otağında” rayon sakinləri öz müraciətlərini ünvanlayıblar.

Bu barədə Teleqraf.com-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Sakinlər aksiya çərçivəsində onlarla görüşə gələn Salyan Regional qaz istismarı idarəsinin əməkdaşları ilə görüşdə təbii qazla bağlı yaranmış problemlərindən söz açıb və onların müraciətlərinin tez bir zamanda həll olunacağına ümid etdiklərini bildiriblər. Birliyin məsul şəxsləri isə hər bir müraciətə həssaslıqla yanaşıb və bütün müraciətlər qeydiyyata alınıb. Qeydiyyata alınan müraciətlərin bir hissəsi həll tapsa da, bəziləri araşdırılma tələb etdiyi üçün müvafiq şöbələrə yönləndirilib.


Müəllif: Yeganə Oqtayqızı