2 Sentyabr 2022 15:07
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin gənc əməkdaşlarından bir qrupu ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi üzrə təlimə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, təlimə peşə hazırlığı sahəsində ölkəmizdə tanınmış şirkətlərdən olan “Dadaşsoy grup”un mütəxəssis-təlimçisi Könül Quliyeva moderatorluq edib.

Təlimin təşkilində əsas məqsəd nəzəri biliklərin təkmilləşdirilməsi, ünsiyyət bacarığı, ünsiyyətin qurulması texnikası, kommunikasiyada bədən dili, səs və görüntünün əhəmiyyəti, problem və həlli yollarının formalaşdırılması, müxtəlif kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində kommunikasiya bacarığının rolu ilə bağlı komitənin gənc əməkdaşlarının bilik və təcrübəsinin artırılması olub.

Təlimin sonunda iştirakçılara serifikatlar təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər