Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
Məlumata görə, qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.