Məktəblərin istilik təminatı ilə bağlı vəziyyəti qənaətbəxşdir.
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 5 745 təhsil müəssisələrindən 508-i dizel yanacağı, 445-i elektrik enerjisi ilə, 2 334-ü odunla yerdə qalan hissəsi isə qazla isidilir:
"Müəyyən nasazlıq çıxa bilər və dərhal aradan qaldırılması istiqamətində addımlar atılır".