28 Noyabr 2022 18:12
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü dekabrın 1-də Salyan rayonunda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, görüş İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq.

Aksiya Təzəkənd ərazisində qazpaylayıcı stansiyanın (QPS) qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq, müvafiq qərarlar veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər