23 Dekabr 2022 12:44
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam, Füzuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müşaviri Əsəd Şirinov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən su tutumu 5,86 mln kubmetr olan Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən su tutumu 23 mln kubmetr olan Xaçınçay, Füzuli rayonu ərazisində yerləşən su tutumu 15,5 mln kubmetr olan 3 ədəd Köndələnçay su anbarlarının və magistral kanalların təmir-bərpası və uzunluğu 20,2 km olan Tərtərçay Sol Sahil kanalının yenidənqurulması kimi bir sıra tikinti işlərinə start verilib.

"Eləcə də Ağdam, Fizuli və Cəbrayıl rayonlarının meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmaların və layihə sənədlərinin hazırlanması işlərinə başlanılıb. Bununla yanaşı uzunluğu 56 km olan Qız qalası su anbarının magistral kanalının tikintisi, Laçın rayonu ərazisində yerləşən su tutumu 90,8 mln kbm olan Həkəriçay və Qubadlı rayonu ərazisində yerləşən su tutumu 67 mln kubmetr olan Bərgüşadçay su anbarlarının layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam edir. Həkəri çayın sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Laçın rayonu ərazisində yerləşən su tutumu 26,7 mln kubmetr olan Zabuxçay su anbarının və magistral boru kəmərlərinin tikintisi üzrə lahiyənləndirmə işlərinin icrasına başlanılıb", - deyə qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər