Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulmasından sonra açılışı olub.
Teleqraf.com xəbər verir ki, açılışı mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, onun I müavini Əvəz Qocayev, Qura Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak edib.