13 Yanvar 2023 11:36
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 ildə icra olunan 4 sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə artırılıb.

Teleqraf.com xəbər verir ki, bunu əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavininin sözlərinə görə, əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla 3 dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, yaşa görə müavinət 3 dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb.


Müəllif: Teleqraf.com