17 Yanvar 2023 15:39
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yanvarın 1-nə "Azərsu" ASC-nin 1 748 832 abunəçisi olub ki, bu da 1 il əvvələ nisbətən 3,9 % çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, abunəçilərin 1 679 880-ü və yaxud 96,1 %-i əhali, 68 952-si və yaxud 3,9 %-i isə qeyri-əhali qrupu abunəçiləridir.

İl ərzində abonent sayında artım əsasən yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Hazırda içməli və tullantı su xidmətlərindən istifadə edən abonentlərin 88,8 % sayğacla təmin olunub. Sayğaclaşma səviyyəsi əhali qrupu abonentləri üzrə 88,6 %, qeyri-əhali qrupu üzrə isə 95,6 %-dir.


Müəllif: Teleqraf.com