19 Yanvar 2023 14:56
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Salyan şəhərində Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Salyan Rayon İcra Hakimiyyətinin binasında keçiriləcək.

Vətəndaşlar qəbul üçün Salyan və Neftçala Sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.


Müəllif: Teleqraf.com