25 Yanvar 2023 11:55
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 32 min ixtisaslı həkim var.

Teleqraf.com xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta Agentliyinin Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur zamanı Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.

O bildirib ki, Azərbaycanda adambaşına düşən həkim və tibb heyəti standartlara uyğundur: "Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur".


Müəllif: Pərviz Qaralov