24 Fevral 2023 01:17
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa şəhərində üçmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, üçmərtəbəli yaşayış binasının (mərtəbələrarası arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin tavanı 5 m² sahədə, 3-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin döşəməsi 2 m² sahədə və ümumi sahəsi 80 m² olan mənzilin döşəməsi 5 m² sahədə yanıb.

Hər üç mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com