16 Mart 2023 16:44
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 17 mart saat 11:00-da başlayacaq.

Teleqraf.com xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.


Müəllif: Yeganə Oqtayqızı