30 Mart 2023 13:19
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar bir qrup dərman preparatlarının çatışmazlığı ciddi müzakirə olunur. Ötən gün Milli Məclisin iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, regionlarda seçici görüşlərində səsləndirilən narazılıqlardan biri də ambulator müalicə zamanı dərmanların tapılmamasıdır.

Bəs tapılmayan dərman problemi nə ilə əlaqədardır? Bəzi dərmanların ölkədə istehsalı mümkündürmü?

Məsələ ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında bildirib ki, bunun obyektiv və subyektiv səbəbləri var.

Onun sözlərinə görə, dərman bazarında son vaxtlar ortaya çıxan problemlər - həm dərman çatışmazlığı, həm bəzi dərmanların tam yoxa çıxması, qiymət artımı insanları narahat edir.

Adil Qeybullanın fikrincə, birinci obyektiv səbəb ondan ibarətdir ki, Azərbaycan idxaldan asılı olan ölkədir: “Dərman idxal etdiyimiz ölkələr olan Rusiya, Ukrayna, Belarus, demək olar ki, müharibə durumundadır. Orada əczaçılıq sənayəsinin infrastruktu bəzi yerlərdə dağıdılıb, bir sıra dərman preparatlarının istehsalı tamamilə dayanıb. Subyektiv səbəb isə budur ki, dərman idxalına görə məsul olan həm dövlət qurumları, həm də kommersiya təşkilatları məsuliyyət hiss etməlidirlər. Onlar yaranmış durumda alternativ variantları düşünməli və dərhal hərəkətə keçməlidirlər”.

Professor vəziyyətdən çıxış yolu kimi Türkiyənin təcrübəsindən yararlamağı tövsiyə edir: “Hesab edirəm ki, qardaş ölkə Türkiyənin kifayət qədər etibarlı əczaçılıq sənayəsi, keyfiyyət parametrləri yüksək olan dərmanları var. Biz Türkiyədən idxalla bağlı resurslar yarada bilərik. Bununla yanaşı birinci növbə gələcəkdə də inteqrasiya, müştərək istehsal baxımından Türkiyə ilə birgə işlərimiz daha məqsədə uyğun olardı. Bu istiqamətdə düşünmək lazımdır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər