"Texnoloji inkişaf qarşımızda böyük çağırışlar qoyur. Texnologiya inkişaf etdikcə insan əməyinə ehtiyac da azalır".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Gələcəyə qayıdış” devizi ilə keçirilən "İnsan Resursları Zirvəsi 2023" tədbirində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, son 4 ildə 450 min əmək müqaviləsinin artımına baxmayaraq məşğul əhalinin içərisində əmək müqaviləsi ilə çalışanların sayı azdır: "Hədəf bir bu qədər də əmək müqavilələrinin sayının olmasıdır. Bu gün gün məşğul və muzdlu şəkildə çalışanlar arasında ixtisassız işçi qüvvəsi var. Onların təlim-peşə hazırlığına cəlb edilərək bilik və səriştə ilə zənginləşdirilməsi lazımdır.
Əmək bazarında gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər davam etdirilməlidir. Texnologiyaların inkişafı səbəbindən bu say azalacaq. İşçi qüvvəsinin səmərəsinin artırılması vacib məsələdir".